Seo Xidməti nədir?

  • Admin
  • 2019-03-23

Seo Xidməti nədir?

SEO (Search Engine Optimization) Nədir? Sayt işinə yeni başlayanlar SEO anlayışı ilə qarşılaşacaqlar. Seo İngilis dilindəki Search Engine Optimization sözlərinin qısaldılmasıdır. SEO – saytların düzgün yaradılması yolu ilə, heç bir ödəniş etmədən axtarış sistemlərininin (Google, Yandex, Bing və s.) nəticələrində ilk sıralarda tapılmasıdır. SEO Nə Üçün Lazımdır? Saytlar nə qədər yaxşı qurulsa da əsas məsələ sayta girənlərin sayının artırılmasıdır. Dost-tanışlar geniş oxucu/alıcı kütləsinin sayta girməsini təmin etmək üçün yetərli deyil. Bu zaman yeni ziyarətçilərin tapılması işində axtarış sistemləri yardımçımız olacaq. İnsanlar internetdə demək olar ki, axtardıqları hər şeyi tapmaq üçün axtarış sistemlərindən istifadə edirlər. Axtarış motorları da öz növbəsində bütün xırdalıqları nəzərə alaraq axtarılmış sözlərə ən uyğun nəticələri göstərməyə çalışırlar. Belə ki, axtarış sistemində "veb saytların hazırlanması" yazıb axtarsaz və nəticəsində sizə veb saytlarla bağlı təkliflər göstərəcək Buna görə axtarış sistemlərinin ən əsas işi istifadəçilərin axtardığı sözlərlə birlikdə başqa elementləri də araşdıraraq ən uyğun nəticələri göstərməkdir. Eyni zamanda bütün sayt sahibləri mümkün qədər çox sözlərə görə axtarışlarda öz saytının ilk sıralarda tapılmasını istəyir. Buradan da rəqabət yaranır. Ancaq ödənişli reklamlardan fərqli olaraq əldə edilmiş uğur hətta SEO işləri aparılmadıqda belə uzun müddət öz mövqeyini qoruyaraq siz dincəlirkən belə sizin üçün çalışmağa davam edəcəkdir.

Rəy bildirin.